Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 15-nin balans kapitalı nizamnamə kapitalından azdır.
Bu aparılan araşdırma nəticəsində məlum olub.
Başqa sözlə, həmin banklar fəaliyyətdə olduqları müddətdə nizamnamə fondlarına qoyulmuş kapitaldan "yeyiblər". Kapitalı ən çox azalmış bank "Azərbaycan Beynəlxalq Bankı" (293,101 milyon manat), kapitalı ən az azalmış bank isə "AFB Bank"dır (3,847 milyon manat).
15 bank isə kapitalını artırmağı bacarıb. Başqa sözlə, həmin banklar fəaliyyətdə olduqları müddətdə "pul üstünə pul gətirib". Bu baxımdan ən yüksək göstərici "Kapital Bank"da (140,094 milyon manat), ən aşağı göstərici isə Pakistan Milli Bankının Bakı filialında (0,793 milyon manat) qeydə alınıb.
№ |
Bankın adı |
Bankın balans kapitalı ilə nizamnamə kapitalının fərqi (milyon manatla) |
1 |
Kapital Bank |
140,094 |
2 |
PAŞA Bank |
69,711 |
3 |
Xalq Bank |
34,760 |
4 |
Azərbaycan Sənaye Bankı |
30,359 |
5 |
Atabank |
26,454 |
6 |
Bank Silk Vey |
19,692 |
7 |
Yapı Kredi Bank Azərbaycan |
17,238 |
8 |
Zıraat Bank Azərbaycan |
15,896 |
9 |
Bank Avrasiya |
8,912 |
10 |
Express Bank |
7,060 |
11 |
Amrah Bank |
5,221 |
12 |
Naxçıvan Bank |
5,047 |
13 |
Azər-Türk Bank |
4,455 |
14 |
Turan Bank |
3,967 |
15 |
Pakistan Milli Bankı - Bakı |
0,793 |
16 |
AFB Bank |
-3,847 |
17 |
İran Milli Bankı - Bakı |
-4,326 |
18 |
Günay Bank |
-4,632 |
19 |
NBC Bank |
-7,161 |
20 |
Bank VTB Azərbaycan |
-10,698 |
21 |
Bank BTB |
-12,479 |
22 |
Rabitəbank |
-15,111 |
23 |
Muğan Bank |
-15,983 |
24 |
Bank of Baku |
-16,283 |
25 |
Bank Respublika |
-19,762 |
26 |
AGBank |
-55,026 |
27 |
Unibank |
-62,264 |
28 |
Access Bank |
-71,387 |
29 |
Nikoyl Bank |
-145,034 |
30 |
Azərbaycan Beynəlxalq Bankı |
-293,101 |