Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 12-nin ötənilki faiz xərcləri əvvəlki ilə nisbətən az olub.
Eləcə də bax: Banklar 2020-ci ili belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR, MƏBLƏĞLƏR - SİYAHI
FED.az xəbər verir ki, bunlar “Bank of Baku”, “Turan Bank”, “Bank Respublika”, “Access Bank”, “Günay Bank”, “AFB Bank”, “Unibank”, “Bank Avrasiya”, “Kapital Bank”, “Muğan Bank”, “Express Bank” və “Yapı Kredi Bank Azərbaycan”dır.
Ən çox azalma “Yapı Kredi Bank Azərbaycan”da (43,8%), ən az azalma isə “Bank of Baku”da (0,5%) qeydə alınıb.
Qalan 14 bankın isə faiz xərcləri artıb. Ən yüksək dinamika Pakistan Milli Bankının Bakı filialında (5 dəfə), ən aşağı dinamika isə “Bank VTB Azərbaycan”da (1,5%) qeydə alınıb.
4 bankın ötənilki faiz xərcləri 40 milyon manatdan çox olub
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün ötənilki faiz xərcləri 40 milyon manatdan çox olub.
Bunlar “Azərbaycan Beynəlxalq Bankı” (104 milyon 276 min manat), “Kapital Bank” (50,8 milyon manat), “PAŞA Bank” (45 milyon 33 min manat) və “Access Bank”dır (44 milyon 9 min manat).
Qalan 22 bankdan 11-də faiz xərcləri 10-30 milyon manat arasında, 8 bankda 1-10 milyon manat arasında, 3 bankda isə 1 milyon manatdan az olub.
Eləcə də bax: Azərbaycanda mənfəət vergisi dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.12.2020)
(Renkinq)