Azərbaycan Mərkəzi Bankının lisenziyasını 7 il bundan əvvəl - 2011-ci ilin yanvar ayında ləğv etdiyi "Birlik Bank" hələ də ləğv prosesindədir.
FED.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyindən məlumat verilib.
Məlumata görə, adıçəkilən bankla yanaşı lisenziyası 2012-ci ilin iyul ayında ləğv edilmiş "Royal Bank", 2015-ci ilin iyul ayında ləğv edilmiş "Euro Bank" və "Azərbaycan Kredit Bankı", 2016-cı ilin yanvar ayında ləğv edilmiş "Bank of Azerbaijan", "Gəncə Bank", "Yunayted Kredit Bank", "Qafqaz İnkişaf Bankı" və "Atra Bank", fevral ayında ləğv edilmiş "Texnika Bank", 2016-cı ilin iyul ayında ləğv edilmiş "Deka Bank", "Kredo Bank" və "Zamin Bank", sentyabr ayında ləğv edilmiş "Bank Standard" da ləğv prosesindədir. Beləliklə, hazırda ölkədə 14 bank ləğv olunur.
Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını 2016-cı ilin iyul ayında ləğv etdiyi "Para Bank"ın isə ləğvi artıq yekunlaşıb və bank "Para" - bank olmayan kredit təşkilatına çevrilib. Palatanın ötən ay bazardan kənarlaşdırdığı "Dəmir Bank"ın isə ləğvinə hələ ki, başlanılmayıb.
Renkinq©