Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 14-nün balans kapitalı nizamnamə kapitalından azdır.
FED.az xəbər verir ki, başqa sözlə, həmin banklar fəaliyyətdə olduqları müddətdə nizamnamə fondlarına qoyulmuş kapitaldan "yeyiblər". Kapitalı ən çox azalmış bank "Bank VTB Azərbaycan" (261,05 milyon manat), kapitalı ən az azalmış bank isə İran Milli Bankının Bakı filialı (2,983 milyon manat) olub.
Eləcə də bax: "Mobil bank" xidməti hansı bankda daha sərfəlidir? - SİYAHI
16 bank isə kapitalını artırmağı bacarıb. Bu baxımdan ən yüksək göstərici "Kapital Bank"da (117,644 milyon manat), ən aşağı göstərici isə Pakistan Milli Bankının Bakı filialında (0,729 milyon manat) qeydə alınıb.
Hesabat tarixinə bank sektorunun balans kapitalı isə nizamnamə kapitalından 317,286 milyon manat az olub.
№ |
Bankın adı |
Bankın balans kapitalıilə nizamnamə kapitalıarasında fərq |
1 |
Kapital Bank |
117,644 |
2 |
PAŞA Bank |
58,445 |
3 |
Xalq Bank |
47,682 |
4 |
Premium Bank |
43,292 |
5 |
Azərbaycan Beynəlxalq Bankı |
38,717 |
6 |
Azərbaycan Sənaye Bankı |
35,229 |
7 |
Atabank |
24,433 |
8 |
Yapı Kredi Bank Azərbaycan |
21,197 |
9 |
Zıraat Bank Azərbaycan |
17,621 |
10 |
Bank Avrasiya |
11,508 |
11 |
Express Bank |
10,011 |
12 |
Naxçıvan Bank |
9,430 |
13 |
Turan Bank |
3,992 |
14 |
Azər-Türk Bank |
3,419 |
15 |
AFB Bank |
3,409 |
16 |
Pakistan Milli Bankı - Bakı |
0,729 |
17 |
İran Milli Bankı - Bakı |
-2,983 |
18 |
Günay Bank |
-3,023 |
19 |
NBC Bank |
-4,360 |
20 |
Amrah Bank |
-7,600 |
21 |
Bank BTB |
-9,862 |
22 |
Bank of Baku |
-13,335 |
23 |
Rabitəbank |
-14,311 |
24 |
Muğan Bank |
-15,991 |
25 |
Bank Respublika |
-18,148 |
26 |
Unibank |
-41,036 |
27 |
AGBank |
-61,382 |
28 |
Access Bank |
-84,249 |
29 |
Nikoyl Bank |
-226,714 |
30 |
Bank VTB Azərbaycan |
-261,050 |
|
Cəmi |
-317,286 |
Bankların kapitalının artma/azalma dinamikasına görə renkinqi isə aşağıdakı kimidir. Göründüyü kimi burada ardıcıllıq yuxarıdakı cədvəldən bir qədər fərqlidir. Kapitalı ən kəskin və ən yumşaq azalmış banklar 1-ci cədvəldəki kimi "Bank VTB Azərbaycan" və İran Milli Bankının Bakı filialı olsa da, kapitalı ən kəskin və ən yumşaq artmış banklar 1-ci cədvəldən fərqli olaraq "Azərbaycan Sənaye Bankı" və "Azərbaycan Beynəlxalq Bankı"dır (yəni "Kapital Bank" və Pakistan Milli Bankının Bakı filialı deyil).
Eləcə də bax: Azərbaycanda 6 bankın mobil tətbiqi yoxdur – SİYAHI
№ |
Bankın adı |
Bankın kapitalınınartma/azalmadinamikası |
1 |
Azərbaycan Sənaye Bankı |
58,7% |
2 |
Kapital Bank |
57,2% |
3 |
Premium Bank |
41,4% |
4 |
Yapı Kredi Bank Azərbaycan |
38,3% |
5 |
Zıraat Bank Azərbaycan |
35,2% |
6 |
Bank Avrasiya |
23,0% |
7 |
Xalq Bank |
21,2% |
8 |
Atabank |
20,4% |
9 |
PAŞA Bank |
17,6% |
10 |
Naxçıvan Bank |
13,9% |
11 |
Pakistan Milli Bankı - Bakı |
7,7% |
12 |
Express Bank |
7,3% |
13 |
Turan Bank |
7,3% |
14 |
Azər-Türk Bank |
6,8% |
15 |
AFB Bank |
4,8% |
16 |
Azərbaycan Beynəlxalq Bankı |
3,1% |
17 |
İran Milli Bankı - Bakı |
-4,1% |
18 |
Günay Bank |
-4,7% |
19 |
NBC Bank |
-6,8% |
20 |
Rabitəbank |
-14,1% |
21 |
Bank BTB |
-14,8% |
22 |
Muğan Bank |
-18,8% |
23 |
Amrah Bank |
-19,1% |
24 |
Bank Respublika |
-24,7% |
25 |
Bank of Baku |
-25,2% |
26 |
Unibank |
-32,6% |
27 |
AGBank |
-59,4% |
28 |
Access Bank |
-60,1% |
29 |
Nikoyl Bank |
-76,6% |
30 |
Bank VTB Azərbaycan |
-82,7% |
|
Orta hesabla |
-7,1% |