Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 13-nün bu ilin I yarısındakı (xalis) mənfəəti ötən ilin eyni dövrünə nisbətən az olub.
Eəcə də bax: Azərbaycanda depozit portfelinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.06.2020)
FED.az xəbər verir ki, bunlar "Zıraat Bank Azərbaycan", "Premium Bank", "Günay Bank", "Azərbaycan Sənaye Bankı", "PAŞA Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Unibank", "Rabitəbank", "Bank Respublika", "Bank VTB Azərbaycan", "Bank of Baku", "Yapı Kredi Bank Azərbaycan" və "Azər-Türk Bank"dır.
Ən çox azalma "Azər-Türk Bank"da (96,6%), ən az azalma isə "Zıraat Bank Azərbaycan"da (3,1% az) qeydə alınıb.
6 bankın isə (xalis) mənfəəti artıb. Bunlar "Turan Bank", "Kapital Bank", "Naxçıvan Bank", "Express Bank", "AFB Bank" və "Xalq Bank"dır. Ən yüksək dinamika "Turan Bank"da (7,4 dəfə), ən aşağı dinamika isə "Xalq Bank"da (9,7%) qeydə alınıb.
2 bankın - Pakistan Milli Bankının Bakı filialının və "Muğan Bank"ın isə zərəri azalıb. Müvafiq olaraq 7,5% və 80,9%.
2 bank - "Access Bank" və İran Milli Bankının Bakı filialı bu ilin yanvar-iyun aylarını mənfəətlə, ötən ilin eyni dövrünü zərərlə, 3 bank - "Bank Avrasiya", "Bank BTB" və "Yelo Bank" isə bu ilin I yarısını zərərlə, ötən ilin eyni dövrünü mənfəətlə başa vurub. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb. (Renkinq)