Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 13-nün bu ilin I rübündəki faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən az olub.
Eləcə də bax: Xalis faiz gəlirlərinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.03.2020)
FED.az xəbər verir ki, bunlar "PAŞA Bank", "AFB Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", İran Milli Bankının Bakı filialı, "Zıraat Bank Azərbaycan" "Bank Avrasiya", "Yapı Kredi Bank Azərbaycan", "AGBank", "Premium Bank", "Yelo Bank", "Muğan Bank" və Pakistan Milli Bankının Bakı filialıdır.
Ən çox azalma Pakistan bankında (48,5%), ən aza azalma isə "PAŞA Bank"da (1%) qeydə alınıb.
Qalan 15 bankın isə faiz gəlirləri artıb. Ən yüksək dinamika "Naxçıvan Bank"da (78,3%), ən aşağı dinamika isə "Xalq Bank"da (0,8%) qeydə alınıb.
Renkinq