Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 13-nün depozit portfeli illik müqayisədə azalıb.
FED.az xəbər verir ki, bunlar "Xalq Bank", "Azər-Türk Bank", "AGBank", "Atabank", Pakistan Milli Bankının Bakı filialı, "Nikoyl Bank", "Yapı Kredi Bank Azərbaycan", "Günay Bank", "Express Bank", "Zıraat Bank Azərbaycan", "Bank of Baku", "Bank Avrasiya" və "AFB Bank"dır. Ən çox azalma "AFB Bank"da (35,4%), ən az azalma isə "Xalq Bank"da (3,3%) qeydə alınıb.
Qalan 17 bankın depozit portfeli isə son 1 ildə artıb. Ən çox artım İran Milli Bankının Bakı filialında (2,8 dəfə), "Rabitə Bank"da (2,9%) baş verib.
4 bankın depozit portfeli 1 milyard manatdan çoxdur
Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün depozit portfeli 1 milyard manatdan çoxdur.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (4 672,316 milyon manat), "PAŞA Bank" (3 861,413 milyon manat), "Kapital Bank" (2 700,441 milyon manat) və "Xalq Bank"dır (1 440,815 milyon manat).
Qalan 26 bankdan 5-nin depozit portfeli 0,5 - 1 milyard manat arasında, 14 bankın depozit portfeli 100 - 500 milyon manat arasında, 6 bankın depozit portfeli 10 - 100 milyon manat arasında, 1 bankın - Pakistan Milli Banklarının Bakı filiallarının depozit portfeli isə 559 min manatdır.