Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 12-nin bu ilin yanvar-mart aylarındakı qeyri-faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən az olub.
FED.az xəbər verir ki, bunlar "PAŞA Bank", "Rabitəbank", "Xalq Bank", "Yapı Kredi Bank Azərbaycan", "Nikoyl Bank", "Amrahbank", "Turan Bank", "Günay Bank", İran Milli Bankının Bakı filialı, "Zıraat Bank Azərbaycan", "Atabank" və "Azər-Türk Bank"dır. Ən çox azalma "Azər-Türk Bank"da (78,5%), ən az azalma isə "PAŞA Bank"da (5,4%) qeydə alınıb.
1 bank - Pakistan Milli Bankının Bakı filialı bu ilin I rübündə, 2 bank - "Access Bank" və "Bank VTB Azərbaycan" isə ötən ilin I rübündə qeyri-faiz əməliyyatlarından gəlir əldə etməyiblər (qeyri-faiz zərərləri olub). Odur ki, bu bankların qeyri-faiz gəlirlərinin dinamikasını hesablamaq mümkün olmayıb.
Qalan 15 bankın isə qeyri-faiz gəlirləri artıb. Ən yüksək dinamika "Azərbaycan Sənaye Bankı"nda (2 dəfə), ən aşağı dinamika isə "Premium Bank"da (4,5%) qeydə alınıb.
Eləcə də bax: 3 bankın qeyri-faiz gəlirləri 20 milyon manatdan çoxdur