Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 12-si mənfəət vergisi ödəmək üçün ilin sonunu gözləməyib.
Kredit portfelinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (30.09.2022)
FED.az xəbər verir ki, bunlar "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı", "PAŞA Bank", "Bank of Baku", “Bank Respublika”, "Xalq Bank", "Express Bank", “Azərbaycan Sənaye Bankı”, “Zıraat Bank Azərbaycan”, “Azər-Türk Bank” və “Günay Bank” ASC-lər, eləcə də "Yapı Kredi Bank Azərbaycan" QSC-dir.
Adları çəkilən banklar bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə ümumilikdə 156,952 milyon manat mənfəət vergisi ödəyiblər. Bu baxımdan ən yüksək göstərici "Kapital Bank"da (57,136 milyon manat), ən aşağı göstərici isə “Günay Bank”da (187 min manat) qeydə alınıb. (Renkinq)