2025-ci ilin yekunlarına (31 dekabr vəziyyətinə) əsasən, Azərbaycanda fəaliyyət göstərən bankların qiymətli kağızlar portfelinin illik artım dinamikası açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə bəzi bankların qiymətli kağızlara yatırımlarında kəskin artım müşahidə olunub. Ümumilikdə 11 bankın yatırımlarında arıtm müşahidə olunub.
Renkinqə "Premium Bank" ASC başçılıq edir. Bankın qiymətli kağızlar portfeli illik müqayisədə 16,6 dəfə artaraq mütləq ifadədə 15 milyon 899 min manat böyüyüb.
İkinci yerdə "Yelo Bank" ASC qərarlaşıb – burada artım 6,2 dəfə və ya 26 milyon 676 min manat olub.
"Bank Respublika" ASC 2,4 dəfə artım tempi ilə üçüncü sırada yer alıb (mütləq artım 81 milyon 695 min manat). "Bank of Baku" ASC-də isə portfel 83,8% və ya 37 milyon 234 min manat artıb.
Digər banklardakı artım göstəriciləri aşağıdakı kimidir:
"Ziraat Bank Azərbaycan" ASC portfelini 50,1% (31 milyon 850 min manat) artırıb.
Mütləq ifadədə ən böyük artım "PAŞA Bank" ASC-də qeydə alınıb – 746 milyon 639 min manat. Faizlə artım isə 40,4% təşkil edib.
"Expressbank" ASC-də artım 37,8% (10 milyon 911 min manat), "Azər Türk Bank" ASC-də isə 34,6% (48 milyon 763 min manat) olub.
Siyahının sonrakı pillələrində "Unibank KB" ASC (17,5% və ya 10 milyon 330 min manat) yer alıb.
Siyahını "Bank Avrasiya" ASC (6,4% və ya 18 min manat) və "Rabitəbank" ASC (2,3% və ya 2 milyon 606 min manat) tamamlayır.












