Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 11-i ötən il xüsusi ehtiyatlara vəsait ayırmayıb.
Eləcə də bax: İstehlak kreditləri portfelinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (01.01.2022)
FED.az xəbər verir ki, bunlar “Muğan Bank”, “Bank BTB”, “Azər-Türk Bank”, “Xalq Bank”, “Premium Bank”, “Bank Respublika”, “Bank VTB Azərbaycan”, “AFB Bank”, “Bank of Baku” və “Yelo Bank” ASC-lər, eləcə də Pakistan Milli Bankının Bakı filialıdır.
Başqa sözlə, bu banklar xüsusi ehtiyatlara ayırmalar üzrə qənaət ediblər. Bu baxımdan ən yüksək göstərici “Yelo Bank”da (13,326 milyon manat), ən aşağı göstərici isə Pakistan bankında (12 min manat) qeydə alınıb.
Qalan 15 bank isə müxtəlif məbləğlərdə ehtiyatlar yaradıb. Ayırmaların ən yüksək həddi “Kapital Bank” ASC-də (137,518 milyon manat), ən aşağı həddi isə “Azərbaycan Sənaye Bankı”nda (13 min manat) qeydə alınıb. (Renkinq)