Azərbaycanda ilin əvvəlindən indiyədək mindən artıq bank işçisi işini itirib.
Eləcə də bax: Bağlanan bankların işçiləri üçün - YAXŞI XƏBƏR – İŞƏ DÜZƏLƏCƏKLƏR
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, iyunun 30-da Azərbaycanda 26 bankda çalışanların ümumi sayı 18400 nəfər təşkpl edib.
Bu ilin əvvəli ilə müqayisədə 1060 nəfər azdır. Xatırladaq ki, 2020-ci ilin əvvəlində Azərbaycan banklarında 19460 nəfər çalışırdı.
Eləcə də bax: Azərbaycanda əməkdaşlarına ən çox və ən az - MAAŞ VERƏN BANKLAR – SİYAHI, MƏBLƏĞLƏR
Bank işçilərinin azalmasının səbəbi aprel-may aylarında 4 bankın (Atabank, Amrahbank, NBC Bank və AG Bank) bağlanmasıdır. Bu bankların fəaliyyətini dayandırması nəticəsində ölkədə 69 bank filialı və 16 bank şöbəsi də bağlanıb.
Halbuki, 2018-ci ilin sonundan bu il martın sonunadək bank işçilərinin sayı davamlı artıb və 2300 nəfər artaraq 19 757 nəfərə çatmışdı.