Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 21-nin bu il və ötən il oktyabrın 1-nə aktivlərində qiymətli kağızlara investisiyalar olub ki, bunlardan da 10-da fond bazarına investisiyaların illik dinamikası mənfi olub.
Eləcə də bax: Qiymətli kağızlara sərmayələrin həcmi üzrə - BANKLARIN RENKİNQİ (30.09.2021)
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, həmin “Yelo Bank”, “Bank Avrasiya”, “Xalq Bank”, “Bank Respublika”, “Bank VTB Azərbaycan” və “Bank BTB” ASC-lər, “Access Bank” və “Yapı Kredi Bank Azərbaycan” QSC-lər, eləcə də İran və Pakistan Milli Banklarının Bakı filiallardırı.
Ən çox azalma "Yapı Kredi Bank Azərbaycan”da (68,8%), ən az azalma isə “Access Bank”da (18,7%) qeydə alınıb.
11 bankda isə fond bazarına investisiyalar artıb. Bunlar “AFB Bank”, “Zıraat Bank Azərbaycan”, “Kapital Bank”, “Bank of Baku”, “Azər-Türk Bank”, “Unibank”, “Rabitəbank”, “PAŞA Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Express Bank” və “Turan Bank” ASC-lərdir. Ən yüksək dinamika "AFB Bank”da (2,2 dəfə dəfə), ən aşağı dinamika isə “Turan Bank”da (1,8%) qeydə alınıb.
4 bank - "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank" və "Premium Bank" ASC-lər son 1 ildə qiymətli kağızlara bazarına investisiya qoymayıb, 1 bank - "Naxçıvan Bank" ASC isə fond bazarına investisiya qoymağa bu ildən başlayıb. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.