"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 10-nun ötənilki qeyri-faiz gəlirləri əvvəlki ilə nisbətən az olub.
Eləcə də bax: Azərbaycanda - 8 BANKIN FAİZ GƏLİRLƏRİ ARTIB
FED.az xəbər verir ki, bunlar "Rabitəbank", "Premium Bank", "Azər-Türk Bank", "Günay Bank", "Yapı Kredi Bank Azərbaycan", "AGBank", "Zıraat Bank Azərbaycan", "Amrah Bank", "Yelo Bank" və Pakistan Milli Bankının Bakı filialıdır.
Ən çox azalma Pakistan bankında (68,3%), ən az azalma isə "Rabitəbank"da (1,3%) qeydə alınıb.
2 bank - "Access Bank" və "Bank VTB Azərbaycan" ötən il qeyri-faiz gəlirləri əldə etsə də əvvəlki il əldə etməyib (qeyri-faiz zərəri ilə üzləşib). Odur ki, onların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.
Qalan 17 bank isə qeyri-faiz gəlirlərini artırıb. Bu baxımdan ən yüksək dinamika "Azərbaycan Sənaye Bankı"nda (3,8 dəfə), ən aşağı dinamika isə "AFB Bank"da (0,7%) qeydə alınıb.
Renkinq