"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 10-nun bu il yanvarın 1-nə öhdəlikləri illik müqayisədə az olub.
FED.az xəbər verir ki, bunlar "Yapı Kredi Bank Azərbaycan", "Access Bank", "Bank Avrasiya", "Turan Bank", "Amrah Bank", "Rabitəbank", "Azər-Türk Bank", "AGBank", "Express Bank" və Pakistan Milli Bankının Bakı filialıdır. Ən az azalma "Yapı Kredi Bank Azərbaycan"da (0,2%), ən çox azalma isə Pakistan bankında (70%) qeydə alınıb.
Qalan 19 bankın öhdəlikləri isə artıb. Ən yüksək dinamika "AFB Bank"da (49,8%), ən aşağı dinamika isə "PAŞA Bank"da (0,3%) qeydə alınıb.
Renkinq