Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 10-nun bu ilin yanvar-mart aylarındakı mənfəəti ötən ilin eyni dövrünə nisbətən çox olub.
FED.az xəbər verir ki, bunlar "Rabitəbank", "PAŞA Bank", "Bank Respublika", "Yapı Kredi Bank Azərbaycan", "Kapital Bank", "Azər-Türk Bank", "Azərbaycan Sənaye Bankı", "Express Bank", "Unibank" və "Naxçıvan Bank"dır.
Adı çəkilən banklar arasında ən yüksək dinamika "Rabitəbank"da (31,9 dəfə), ən aşağı dinamika isə "Naxçıvan Bank"da (31,1%) qeydə alınıb.
8 bankın - "Xalq Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Zıraat Bank Azərbaycan", "Atabank", "Günay Bank", "Premium Bank", "AFB Bank" və "Bank Avrasiya"nın isə mənfəəti illik müqayisədə azalıb. Ən çox azalma "Bank Avrasiya"da (99,6%), ən az azalma isə "Xalq Bank"da (4,3%) baş verib.
2 bankın - "Access Bank" və "Muğan Bank"ın zərəri illik müqayisədə çox olub. Müvafiq olaraq 8,7 dəfə və 7,3 dəfə.
2 bankın - "Amrah Bank" və "AGBank"ın isə zərəri illik müqayisədə az olub. Müvafiq olaraq 68,5% və 83,5%.
5 bank - "Bank BTB", "Bank of Baku", İran Milli Bankının Bakı filialı, "NBC Bank" və Pakistan Milli Bankının Bakı filalı bu ili I rübünü zərərlə, ötən ilin I rübünü mənfəətlə, 3 bank - "Bank VTB Azərbaycan", "Nikoyl Bank" və "Turan Bank" bu ilin yanvar-mart aylarını mənfəətlə, ötən ilin yanvar-mart aylarını isə zərərlə başa vurduğu üçün onların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.
Eləcə də bax: Azərbaycanda mənfəət və zərərlə işləyən banklar – MƏBLƏĞLƏR - TAM SİYAHI