Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin ötənilki mənfəət vergisi ödəmələri əvvəlki illə müqayisədə çox olub.
Eləcə də bax: Banklar 2020-ci ili belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR, MƏBLƏĞLƏR - SİYAHI
FED.az xəbər verir ki, bunlar “PAŞA Bank”, “Kapital Bank”, “Naxçıvan Bank”, “AFB Bank” və “Express Bank”dır.
Ən yüksək dinamika “PAŞA Bank”da (64,5%), ən aşağı dinamika isə “Express Bank”da (9,3%) qeydə alınıb.
10 bankın – “Azər-Türk Bank”, “Xalq Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Azərbaycan Sənaye Bankı”, “Zıraat Bank Azərbaycan”, “Bank of Baku”, İran Milli Bankının Bakı filialı, “Premium Bank”, “Yapı Kredi Bank Azərbaycan” və “Bank Avrasiya”nın isə mənfəət vergisi ödəmələri azalıb. Ən çox azalma “Bank Avrasiya”da (75,6%), ən az azalma isə “Azər-Türk Bank”da (11,3%) qeydə alınıb.
3 bank – “Rabitəbank”, “Turan Bank” və “Unibank” 2020-ci ildə mənfəət vergisi ödəsə də, 2019-cu ildə ödəməyib. Qalan 8 bank isə həm ötən il, həm də əvvəlki il mənfəət vergisi ödəməyib. Odur ki, həmin bankların vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.
Eləcə də bax: Azərbaycanda mənfəət vergisi dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.12.2020)
(Renkinq)