Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 10-nun kredit portfeli illik müqayisədə azalıb.
FED.az xəbər verir ki, bunlar "Bank of Baku", "Bank Avrasiya", İran Milli Bankının Bakı filialı, "Azərbaycan Sənaye Bankı", "Xalq Bank", "Nikoyl Bank", "AFB Bank", "Atabank", "Azərbaycan Beynəlxalq Bankı" və "Bank VTB Azərbaycan"dır. Ən çox azalma "Bank VTB Azərbaycan"da (80,1%), ən az azalma isə "Bank of Baku" və "Bank Avrasiya"da (1,8%) qeydə alınıb.
Qalan 20 bankın isə kredit portfeli artıb. Ən yüksək dinamika "Bank Silk Vey"də (56,3%), ən aşağı dinamika isə "AGBank"da (1,9%) qeydə alınıb.