Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 10-nun aktivləri illik müqayisədə azalıb.
FED.az xəbər verir ki, bunlar "Nikoyl Bank", "Access Bank", "Günay Bank", "Turan Bank", Pakistan Milli Bankının Bakı filialı, "Atabank", "Rabitəbank", "Amrah Bank", "Bank of Baku" və "Bank VTB Azərbaycan"dır. Aktivlərdə ən çox azalma "Bank VTB Azərbaycan"da (63,5%), ən az azalma isə "Nikoyl Bank" da (0,9%) qeydə alınıb.
Qalan 21 bankın aktivləri isə son 1 ildə artıb. Ən çox artım "NBC Bank"da (56,5%), ən az artım isə "AGBank"da (2,2%) baş verib.