Azərbaycanda aktivlərinin həcmi ən çox olan bankların adları məlum olub.
FED.az bu barədə bankların rüblük hesabatları əsasında hazırladığı aktivlərin həcmi üzrə renkinqə istinadən xəbər verir.
Renkinqə görə ən böyük aktivlərə təqribən 13,3 milyard manat göstərici ilə bank sektorunun lideri olan ABB gəlir.
ABB-dən sonra lider banklardan olan "Kapital Bank"ın aktivləri təqribən 10 milyard manat göstərici ilə ikinci pillədə yer alır.
8,5 milyard manat göstəici ilə "Paşa Bank" 3-cü, 3,1 milyard manat göstərici ilə "XalqBank" 4-cü, 2,2 milyard manat göstərici ilə "Bank Respulika" 5-ci pillədə qərarlaşıb.
Digər bankların aktivlərinin həcmi 1-2 milyard manat arasındadır. Həmin bankların aktivlərin həcmi üzrə sıralaması isə belədir:
"Unibank" 1-7 milyard manat, "Azər-Türk Bank"- 1,5 milyard manat, "AccessBank"-1,5 milyard manat, "Rabitəbank" - 1,5 milyard manat, "Rabitəbank" - 1,1 milyard manat, "Yelo Bank" - 1,1 milyard manat.
Aktivləri ən az olan banklar isə Melli İran Bankının Azərbaycan filialı (114,9 milyon manat) və "Bank Avrasiya"(196,2 milyon manat) təşkil edib.