Fevral ayında Azərbayanda 1 bank filialı və 5 bank şöbəsi bağlanıb.
FED.az xəbər verir ki, bu barədə AMB-nin hesabatında bildirilib.
Eləcə də bax: Azərbaycanın bank sektoru xalis mənfəətini - 2 DƏFƏ ARTIRIB
Məlumata görə, fevralın sonuna ölkədə 507 bank filialı olub, bir ay əvvəl isə filialların sayf 508 idi. Bank şöbələrinin sayı bir ay əvvəllə müqayisədə azalaraq 132-dən 127-yə düşüb.
Ümumiyyətlə, ilin əvvəlindən Azərbaycanda 2 filial, 2019-cu ilin sentyabrından indiyədək isə 8 bank filialı bağlanıb.