“Bank Avrasiya” ASC-nin Müşahidə Şurası (MŞ) üzvlərindən biri vəzifəsini tərk edib.
FED.az xəbər verir ki, bu barədə məlumatı banka yaxın mənbə məlumat verib.
Eləcə də bax: Palatada yeni - TƏYİNAT
Məlumata görə, MŞ-ni tərk edən şəxs Fariz Əzizovdur. Digər məlumata görə isə onun yerinə isə Vurğun Babaşov təyinat alıb. Belə ki, V.Babaşov 28 yanvar 2019-cu il tarixindən “Bank Avrasiya” ASC-nin MŞ üzvü seçilib .
Vurğun Babaşov 27 iyul 1971-ci il tarixdə anadan olmuşdur. 1993-cü ildə N.N.Voznesenski adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı Filialının “İstehsalın iqtisadiyyatı və idarə edilməsi” fakultəsini bitirmişdir. 1999-cü ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetin “Hüquqşünaslıq” fakultəsinin bitirmişdir. 1996-cı ildən dövlət sektorunda və daha sonra hüquqşünaz kimi fəaliyyət göstərmişdir.Məlumata görə, MŞ-ni tərk edən Fariz Əzizovdur. Digər məlumata görə isə onun yerinə isə Vurğun Babaşov təyinat alıb. Belə ki, V.Babaşov 28 yanvar 2019-cu il tarixindən “Bank Avrasiya” ASC-nin MŞ üzvü seçilib.