Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin oktyabr sayı təqdim olunub.
FED.az xəbər verir ki, “İxrac İcmalı”nda məlumat verilib ki, 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 2,4 milyon və ya 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Eləcə də bax: Respublikadakı bankomatların sayı 114 ədəd artıb
Bu ilin sentyabr ayında ölkəmizə gələn xarici vətəndaşların sayı 20,8 faiz artıb və onların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 106,2 milyon manat təşkil edib. Ötən ilin eyni ayında bu rəqəm 114,6 milyon manat idi.
Ümumilikdə isə 2019-cu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 969 milyon manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 1 milyard 2,3 milyon manat təşkil etdmişdi.