2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 185 ölkəsindən 1410,7 min və ya 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 6,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
FED.az xəbər verir ki, bu ilin iyun ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə xərcləmələrində də artım müşahidə edilib. Belə ki, 2019-cu ilin iyun ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 115,1 milyon manat təşkil edib və ötən ilin iyun ayı ilə müqayisədə 8 faiz artıb. Ümumilikdə isə 2019-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 590,8 milyon manat təşkil edib.
Azərbaycana gələn əcnəbilərin bank kartları ilə aparadıqları əməliyyatlar - ARTIB
12:08
30 İyul 2019