Avropa Yenidənqurma və İnkişaf Bankı və Gəncə şəhər İcra Hakimiyyəti şəhərdə infrastrukturun inkişafı üzrə pilot layihənin reallaşdırılmasına dair saziş imzalanıb.
FED.az xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterink deyib.
Eləcə də bax: Gəncə şəhəri Avropa bankı ilə razılaşdı - ŞƏHƏR YENİLƏNƏCƏK
İmzalanma Bakıda Yurgen Riqterinkin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Ni.azi Bayramovla görüşü zamanı baş tutub.
Riqterinkin sözlərinə görə, AYİB şəhər infrastrukturunun inkişafı və ətraf mühitin sağlamlaşdırılmasında Azərbaycana yardım etməyə hazırdır.
“Hələ ötən il Azərbaycan rəhbərliyinə $350 milyon dəyərində “yaşıl layihə” təklif etdik. Qeyd etmək istərdim ki, fikrimcə, bu gün Azərbaycan rəhbərliyi ətraf mühitin yaxşılaşması və tullantıların azalmasında maraqlıdır. Biz, öz növbəmizdə hökumətə bu istiqamətdə dəstək təklif etdik, çünki bu sahədə zəruri təcrübəmiz var. Nəticədə, Gəncə şəhərində pilot layihə reallaşdırmağa razılıq verdik”, - Riqterink bildirib.
Onun sölzərinə görə, gələn həftə AYİB-in missiyası şəhər ilə tanışılıq və fəaliyyətin istiqamətini müəyyən etmək məqsədilə Gəncəyə səfər edəcək.
“Gəncə, “Yaşıl şəhər” layihəmizə qioşulan 40-cı şəhər olacaq. Proqram çərçivəsində AYİB prioritetlərin müəyyən edilməsi və ekoloji problemlərin həlli üçün tədbirlər planının tərtib olunmasında Gəncəyə yardım etməyə hazırdır. O cümlədən, bank küçələrin işıqlandırılması, şəhər nəqliyyat, su təchizatı, bərk tullantıların idarə edilməsi, mərkəzləşdirilmiş istilik təchizatı və bərpa olunan enerji infrastrukturunun modernləşdirməsini maliyyələşdirməyə hazırdır”, - Riqterink qeyd edib.
Azərbaycan 1992-ci ildən etibarən AYİB-in üzvüdür. İndiyədək AYİB Azərbaycanda 170 layihənin maliyyələşdirilməsinə 3,3 milyard avro ayırıb.
İnterfaks