15 oktyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 25 milyon manatlıq Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcəkdir.
FED.az xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
Eləcə də bax: Xəzinə yenidən milyonlarla manat borc alacaq - ŞƏRTLƏR
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;
Dövlət istiqrazının növü |
Diskontlu, qısamüddətli dövlət istiqrazları |
Qiymətli kağızın ISIN kodu |
AZ0104010746 |
Emissiya həcmi |
25 000 000 AZN |
Nominal dəyəri |
100 AZN |
İstiqrazların tədavül müddəti |
364 gün |
Ödəmə tarixi |
13.10.2020 |
Anderrayter |
Paşa Kapital İŞ QSC |
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.