Kamran Məmmədov «Nova Banka AD Podgorica»nın baş icraçı direktoru təyin olunub. O, ötən il Monteneqronun maliyyə xidmətləri bazarına daxil olmuş bu Azərbaycan kapitallı bankda Miodrag Radonjić-i əvəzləyib.
Bankın yaydığı məlumatda deyilir ki, Nikola Marinovic risklər və maliyyə məsələləri üzrə direktor təyin edilib. Ondan öncə bu vəzifəni Kamran Məmmədov daşıyırdı.
Qeyd edək ki, K. Məmmədovun «AtaBank» və «Kapital Bank» ASC-lərdə 15 illik iş təcrübəsi var.
Monteneqro Mərkəzi Bankı vasitəsilə açıqlanmış maliyyə hesabatına görə, «Nova Banka» ötən ili 1 milyon 127 min avro zərərlə başa vurub. Bankın aktivləri də bir qədər azalaraq, 11.6 milyon avro səviyyəsinə enib.