“Azərbaycan Sənaye Bank” ASC 2023-cü ili 1 milyon 309 min manat mənfəət vergisi ödənişindən sonra 5 milyon 119min manat xalis mənfəətlə başa vurub.
Lakin bankın xalis mənfəəti son bir ildə 167 min manat, başqa sözlə 3,2% aşağı düşüb.
Bank ötən ilin son rübündə 33 milyon 189 min manat faiz gəliri əldə edib. Gəlirlərin 15 milyon 154 min manatı kreditlərdən əldə edilən gəlirlərin, 17 milyon 232 min manatı banklarda depozitlər hesabına formalaşıb. Ümumi faiz gəlirləri son bir illə müqayisədə 8 milyon 111 min manat (32,4%), kreditlər hesabına əldə edilən faiz gəlirləri, 1 milyon 326 min manat (9,6%), depzotlər üzrə faiz gəlirləri isə 6 milyon 35 min manat (53,9%) artıb
Bu dövrdə faiz xərcləri 17 milyon 89 min manat olub ki, bu da illik müqayisədə 5 milyon 464 min manat və ya 47% çoxdur.
Ən yüksək xərc isə depozitlər üzrə faiz xərcləri olub - 10 milyon 528 min manat (2 milyon 380 min manat və ya 29,2% artım)
Beləliklə “Azərbaycan Sənaye Bankı”ın xalis faiz gəlirləri 16 milyon 96 min manat təşkil edib ki, bu da son bir ildə 2 milyon 715 min manat və ya 20,3% çoxdur.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 12 milyon 313 min manat olub. Qeyri faiz gəlirləri son bir ildə 1 milyon 778 min manat (16,9%) artıb.
Bu dövrdə qeyri faiz xərcləri 3 milyon 417 min manat (18,2%) artaraq 22 milyon 161 min manata, əmək haqqı xərcləri 1 milyon 126 min manat (25,3%) artaraq 5 milyon 580 min manata yüksəlib.
Bu dövrdə bankın əməliyyat mənfəəti də 6 milyon 248 min manat olub ki, bu da illik müqayisədə 1 milyon 75 min manat və ya 20,8% çoxdur.
2023-cü ilin sonunda “Azərbaycan Sənaye Bankı” ASC 749 milyon 249 milyon manat aktivlərə malik olub. Aktivlər son bir ildə 1 milyon 627 min manat, başqa sözlə 0,2% artıb.
Bankın öhdəlikləri də 2 milyon 634 min manat və ya 0,4% azalaraq 634 milyon 928 min manata düşüb.
Ümumi depozit portfelində isə artım müşahidə edilib. Belə ki, depozit portfeli 2022-ci ilin sonu ilə müqayisədə 8 milyon 972 min manat (2%) artaraq 458 milyon 647 min manata yüksəlib.
Depozit portelinin 310 milyon 158 min manatı fiziki, 148 milyon 489 min manatı hüquqi şəxslərin əmanətləri olub. 2022-cü ilin IV rübü ilə müqayisədə fiziki şəxslərin əmanətləri 43 milyon 102 min manat (12,2%) azalıb, hüquqi şəxslərin əmanətləri isə 52 milyon 74 min manat (54%) artıb.
“Azərbaycan Sənaye Bankı”ın balans kapitalı 4 milyon 261 min manat, yəni 3,8% artaraq 114 milyon 321 min manata yüksəlib.
Bölüşdürülməmiş mənfəətin həcmi də 4 milyon 667 min manat (10,4%) artaraq 49 milyon 382 min manat təşkil edib.