"Azərbaycan Sənaye Bankı" ASC (ASB) 2025-ci ilin 1-ci rübünü 1 milyon 740 min manat xalis mənfəət ilə başa vurub.
FED.az xəbər verir ki, bank ötən ilin eyni dövrünü 835 min manat xalis mənfəət ilə bağlamışdı.
Beləliklə, ASB-nin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 905 min manat və ya 2,1 dəfə artıb.
Hesabat dövründə bankın faiz gəlirləri 9 milyon 239 min manat olub ki, bundan, kreditlər üzrə faiz gəlirləri 4 milyon 858 min manat, banklardakı depozitlər üzrə faiz gəlirləri isə 4 milyon 293 min manat təşkil edib. Ümumi faiz gəlirləri son bir illə müqayisədə 627 min manat (7%), kreditlər hesabına əldə edilən faiz gəlirləri, 935 min manat (24%) artıb, depozitlər üzrə faiz gəlirləri isə 276 min manat (6%) azalıb.
Bu dövrdə faiz xərcləri 4 milyon 654 min manat olub ki, bu da illik müqayisədə 7 min manat və ya 0,1% çoxdur.
Ən yüksək xərc isə depozitlər üzrə faiz xərcləri olub - 2 milyon 964 min manat (189 min manat və ya 7% artım)
Beləliklə “Azərbaycan Sənaye Bankı”ın xalis faiz gəlirləri 4 milyon 584 min manat təşkil edib ki, bu da son bir ildə 620 min manat və ya 16% çoxdur.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 3 milyon 820 min manat olub. Qeyri faiz gəlirləri son bir ildə 427 min manat (13%) artıb.
Bu dövrdə qeyri faiz xərcləri 115 min manat (2%) azalaraq 6 milyon 133 min manata, əmək haqqı xərcləri 260 min manat (13%) artaraq 2 milyon 227 min manata bərabər olub.
ASB-nin əməliyyat mənfəəti 2 dəfədən çox artıb (1 milyon 161 min manat) və 2 milyon 271 min manata çatıb.
Bank 421 min manat mənfəət vergisi ödənişindən sonra ilk rübü 1 milyon 740 min manat xalis mənfəətlə başa vurub.
Bu ilin iyul ayının 1-nə ASB-nin aktivləri 795 milyon 899 min manat olub ki, bunun 305 milyon 812 min manatı müştərilərə verilən kreditlərdir.
Bankın aktivlərində 56 milyon 863 min manat (8%), kredit portfelində 54 milyon 510 min manat (22%) artım baş verib.
Hesabat dövründə ASB-nin cəmi öhdəlikləri 49 milyon 338 min manat və ya 8% artaraq 673 milyon 169 min manat olub, depozit portfeli 34 milyon 498 min manat və ya 8% artaraq 483 milyon 307 min manat təşkil edib.
Depozit portfelində fiziki şəxslərin əmanətləri son 3 ay ərzində 5 milyon 134 min manat və ya 2% azalaraq 300 milyon 898 min manata düşüb. Hüquqi şəxslərin depozitləri isə 39 milyon 632 min manat və ya 28% artaraq 182 milyon manata bərabər olub.
Balans kapitalı isə 56 milyon 863 min manat (8%) böyüyərək 795 milyon 898 min manat təşkil edib.