"Azərbaycan Sənaye Bankı"nın (ASB) maliyyə vəziyyəti məlum olub. FED.az xəbər verir ki, bu ilin 9 ayının nəticələrinə görə, ASB-nin cəmi aktivləri 822 milyon 311 min manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18,35% azdır. Belə ki, ötən il bankın aktivləri 1 milyard manatdan çox idi.
Eləcə də bax:"Bank Respublika"da iki yeni təyinat - ADLAR
FED.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, son bir ildə bankın öhdəlikləri 19,92% azalaraq 730 milyon 282 min manat təşkil edib. Bankın cəm i kapitalı 3,36% azalaraq 92 milyon 029 min manat təşkil edib.
Bank bu il müştərilərinə 285 milyon 946 min manat kredit verib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 048 min manat və ya 0,36% azdır.
Eləcə də bax:Azərbaycanda bankın - MÖHÜRÜ İTİB
2019-cu ilin yanvar-sentyabr dövründə “Azərbaycan Sənaye Bankı”nın cəmi gəlirləri 28 milyon 805 min manat, cəmi xərcləri isə 20 milyon 125 min manat təşkil edib. Nəticədə də bankın 8 milyon 680 min manat əməliyyat mənfəəti yaranıb. Əməliyyat mənfəətində 356 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb, 1 milyon 678 min manat isə vergiyə ödənilib.
“Azərbaycan Sənaye Bankı” ASC 2019-cu ilin 9 ayını 6 milyon 646 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövrü ilə müqayisədə Bankın xalis mənfəəti 41,2% artıb.
Xatırladaq ki,“Azərbaycan Sənaye Bankı” ötən ilin eyni dövrünü 4 milyon 705 min manat xalis mənfəət ilə başa vurmuşdu.