“Azərbaycan Sənaye Bankı” ASC-nin korporativ işlər departamentinə yeni rəhbər təyin edilib.
“AFB Bank"ın Müşahidə Şurasının sədrinə müşavir - TƏYİN EDİLİB
FED.az xəbər verir ki, bu barədə bankdan bildirilib. Məlumata görə, struktur dəyişikliyi ilə əlaqədar olaraq bankın insan resursları (HR) departamentinin rəhbəri Emil Ağarzayev sözügedən vəzifəyə təyin edilib.
Qeyd edək ki, Emil Ağarzayev bankın insan resurslarının idarə olunması, İstehlakçıların Hüquqlarının Müdafiəsi, Hüquq və Problemli Kreditlərin Təqibi şöbələrinin daxil olduğu Korporativ İşlər departamentinin rəhbəri vəzifəsinə təyin edilmişdır.
Qeyd edək ki, Emil Ağarzayev uzun illər "Azərsun Holdinq"ə daxil olan şirkətlərdə insan resursları sahəsində rəhbər vəzifələrdə çalışıb. (Apa)