Azərbaycanın aparıcı banklarından olan “Azərbaycan Sənaye Bankı”nın gəlirləri ötən il 8,5% artaraq təxminən 56 milyon manata çatıb.
Azərbaycanda banklar pulu nədən qazanırlar? – GƏLİR MƏNBƏLƏRİ, MƏBLƏĞLƏR – BANKLAR (31.12.2025)
FED.az biznes və maliyyə xəbərləri portalı “Azərbaycan Sənaye Bankı”nın gəlir mənbələrini araşdırıb.
2025-ci ilin nəticələrinə görə “Azərbaycan Sənaye Bankı”ın gəlirlərinin böyük hissəsini 21 milyon 106 min manatını və ya 37%-ini kredit portfeli üzrə faiz gəlirləri tutur. Bu gəlirlər 2024-cü illə müqayisədə 24,4% artım göstərib.
Bankın ikinci ən çox gəlir əldə etdiyi sahə digər banklara depozitlərdən gəlirlər olub. Ümumiyyətlə, “Azərbaycan Sənaye Bankı” ölkədə az banklardandır ki, gəlirlərinin yarıdan az hissəsi kreditlərin payına düşür. Holdinq bankı olduğuna görə, “Azərbaycan Sənaye Bankı” kreditləşməyə daha ehtiyatla yanaşır, əvəzində əlindəki artıq vəsaiti başqa banklardakı depozitlərdə saxlayıb artırmağa üstünlük verir. 2025-ci ildə bu sahədən əvvəlki illə müqayisədə 1,4% az olmaqla 18 milyon 356 min manat gəlir əldə edib ki, bu da, ümumi gəlirin 33%-ini tutub.
Daha 9 milyon 407 min manat isə bankın digər qeyri-faiz gəlirlərindən qazanılıb. Bu, ümumi gəlirlərdə 17% yer tutub və bir ildə 5,6% artıb.
Həmçinin bank komissiya haqlarından 3 milyon 258 min manat, valyuta əməliyyatlarından isə 2 milyon 528 min manat gəlir əldə edib. Hər iki gəlirlərin ümumi gəlirlərdə payı 6% olub. Komissiya gəlirləri bir ildə 20,5% azaldığı halda, valyuta əməliyyatlarından gəlirlər 28% artıb.
Bank ən az pulu digər faiz gəlirlərindən qazanıb. Bu məbləğ bir il əvvələ nəzərən 32,4% az olmaqla 247 min manat təşkil edib və ümumi gəlirdə 1%-lik yer tutub.
2024-2025-ci illər ərzində “Azərbaycan Sənaye Bankı”nın gəlirlərinin məbləği, onun ümumi gəlirlərdəki payı və gəlirlərin məbləğinin illik dinamikası aşağıdakı kim olub:
|
Gəlir mənbələri |
Məbləğ - 2024 |
Ümumi gəlirdə payı - 2024 (%) |
Məbləğ - 2025 |
Ümumi gəlir də payı - 2025 (%) |
Məbləğlərin illik müqayisəsi - % |
|
Kredit portfeli üzrə faiz gəliri |
16 961 |
33% |
21 106 |
37% |
24,40% |
|
Digər banklara depozitlərdən gəlirlər |
18 615 |
36% |
18 356 |
33% |
-1,40% |
|
Komissiya haqları |
4 098 |
8% |
3 258 |
6% |
-20,50% |
|
Valyuta əməliyyatlarından gəlirlər |
2 756 |
5% |
3 528 |
6% |
28% |
|
Digər faiz gəlirləri |
247 |
1% |
327 |
1% |
32,40% |
|
Digər qeyri-faiz gəlirləri |
8 911 |
17% |
9 407 |
17% |
5,60% |
|
|
|||||
|
Cəmi gəlirlər |
51 588 |
100% |
55 982 |
100% |
8,50% |












