“Azərbaycan Sənaye Bankı”nın ümumi gəlirləri 2023-cü ildə 45 503 000 manat, 2024-cü ildə isə 51 591 000 manat olub. Bu, 6 088 000 manatlıq və ya 13,38%-lik artım deməkdir.
Əhali "Azərbaycan Sənaye Bankı"ndan bu qədər - PULUNU GERİ GÖTÜRÜB - MƏBLƏĞ
Kredit faizlərindən əldə olunan gəlirlər 2023-cü il 15 155 000 manat idisə, 2024-cü ildə 16 962 000 manata çatıb. Yəni 1 807 000 manatlıq artım qeydə alınıb ki, bu da 11,93%-lik yüksəliş deməkdir. Bununla belə, kredit faizlərinin ümumi gəlirlərdəki payı 33% olaraq dəyişməz qalıb.
Komissiya haqları üzrə gəlirlər 2023-cü il 3 803 000 manat olduğu halda, 2024-cü ildə 4 099 000 manata yüksəlib. Başqa sözlə desək sözügedən gəlir mənbəsi üzrə qazanılan pul 296 000 manat və ya 7,79% artıb. Ümumi gəlirlərdə payı isə 8% olaraq stabil qalıb.
Valyuta əməliyyatlarından gəlir 2023-cü ildə 1 920 000 manat təşkil etdiyi halda, 2024-cü ildə 2 757 000 manata yüksəlib. Artım 837 000 manat və ya 43,59% səviyyəsində olub. Bu gəlir maddəsinin ümumi gəlirdəki payı 4%-dən 5%-ə qədər yüksəlib.
Bank digər banklarda depozit yerləşdirərək 2023-cü ildə 17 233 000 manat qazanmışdı, 2024-cü ildə bu göstərici 382 000 manat və ya 8,02% artaraq 18 615 000 manata çatıb. Lakin bu gəlirin ümumi gəlirlərdəki payı 38%-dən 36%-ə enib.
Digər banklarda yerləşdirilmiş kreditlərdən gəlir 2023-cü ildə 550 000 manat olduğu halda, 2024-cü il bu mənbədən gəlir daxil olmayıb.
Digər faiz gəlirləri çox cuzi də olsa azalıb. Belə ki, 2023-cü ildə 251 000 manat digər faiz gəliri əldə olunduğu halda, növbəti il 247 000 manata düşüb. Nəticədə 1,59%-lik geriləmə müşahidə edilib. Ümumi gəlirlərə nisbəti isə 1% səviyyəsində dəyişməz qalıb.
Bankın digər qeyri-faiz gəlirləri 2023-cü ildə 6 591 000 manat idisə, bir il sonra bu göstərici 8 911 000 manata çatıb. Beləliklə, məbləğ 2 320 000 manat artıb və bu, 35,19%-lik yüksəliş deməkdir. Sözügedən gəlir maddəsinin ümumi gəlirlərdəki çəkisi 15%-dən 17%-ə qədər böyüyüb.
Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir :
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
16 962 |
33% |
Komissiya haqları |
4 099 |
8% |
Valyuta əməliyyatlarından gəlirlər |
2 757 |
5% |
QK-a investisiyadan gəlir |
|
|
Digər banklara depozitlərdən gəlirlər |
18 615 |
36% |
Digər banklara kreditlərdən gəlirlər |
|
|
Digər faiz gəlirləri |
247 |
1% |
Digər qeyri-faiz gəlirləri |
8 911 |
17% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
51 591 |
100% |