Azərbaycan Sənaye Bankı ASC Filiallar və Törəmə Müəssisələrlə İş Departamenti / Satış təmsilçisi/təcrübəçi vəzifələrinə işçi axtarır.
Əsas tələblər:
• Ali iqtisadi və ya biznes təhsili;
• Mükəmməl azərbaycan dili bilikləri (ingilis və rus dilini bilənlərə üstünlük verilir);
• MS Office və Internet Explorer proqram bilikləri;
• İnsanlarla düzgün ünsiyyət qurmaq, işində dəqiqlik və məsuliyyətlilik, riyazi bilik və analitik düşünmək, problemləri həll edə bilmək qabiliyyətləri;
• Sürücülük vəsiqəsi olanlara üstünlük verilir.
İş haqqında məlumat:
• Bütün növ bank məhsulu və xidmətlərinin təklif edilməsi üçün bankdan kənara ziyarətlərin həyata keçirilməsi;
• Potensial/mövcud müştərilərlə görüşərək ilkin satışın həyata keçirilməsi, sifarişlərin qəbul edilməsi və nəticələndirilməsi;
• Çarpaz satış imkanlarının araşdırılması;
• Daima potensial müştərilərin araşdırılması və bu müştərilərin Bankımıza qazandırılmasına yönlənmiş addımlar atılması;
• Büdcə və hədəflərin həyata keçirilməsi və bu hədəflərin izlənməsi;
• Müqavilələrin və digər sənədlərin hazırlanması və imzalanmasının təmin olunması;
• Öz iş funksiyalarına uyğun, həmçinin tələb olunan hesabatların düzgün hazırlanması və vaxtında təqdim edilməsi;
• Müştəri şikayətlərinin çözülməsi və minimum həddə çatdırılması üçün lazımı tədbirlərin görülməsi.
Əlavə məlumat:
• Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər;
• Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Satış təmsilçisi/təcrübəçi” göstərməyiniz xahiş olunur;