2019-cu ilin Oktyabr ayında Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 110,6 milyon dollar artaraq 31 Oktyabr 2019-cu il tarixində 6 milyard 144,7 milyon dollar çatıb.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, Sentyabrın sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 6 milyard 34,1 milyon dollar təşkil etmişdi.
Eləcə də bax: Mərkəzi Bank valyuta ehtiyatlarının yeni - MƏBLƏĞİNİ AÇIQLADI
Ötən ilin sonu ilə müqayisədə (10 ay ərzində) Mərkəzi Bankın valyuta ehtiyatları 763.5 milyon dollar artıb.
Bir müddət öncə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirmişdi ki, Mərkəzi Bank bazardan valyuta alışı həyata keçirib.
2019-cu il, milyon dollar ilə
Tarix Dəyər
31/10/2019 6144.7
30/09/2019 6034.1
30/08/2019 6004.3
31/07/2019 5962.8
28/06/2019 5939.4
31/05/2019 5870.9
30/04/2019 5789.0
29/03/2019 5778.6
28/02/2019 5761.9
31/01/2019 5655.9
29/12/2018 5625.7