Azərbaycan Mərkəzi Bankı ilə “Rothschild Global Financial Advisory” şirkəti strateji əməkdaşlıq haqqında saziş imzalanacaq. FED.az xəbər verir ki, bu martın 1-də Parisdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild ilə görüşdə bildirilib. Görüşdə sözügedən sazişin əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, görüşdə Azərbaycan hökumətinin iqtisadi blokunun rəhbərləri – Maliyyə Naziri Samir Şərifov və Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov da iştirak edib.
Eləcə də bax: Avropanın ən varlı ailəsi Azərbaycanda - ROTŞİLDLƏRİN «QIZIL GENLƏRİ»