Azərbaycan Mərkəzi Bankı (AMB) “Tədavülə yararsız milli pul nişanlarının əlamətlərinin müəyyən edilməsi, dəyişdirilməsi və pulların ekspertizası Qaydaları” hazırlayıb.
FED.az-ın əldə etdiyi məlumata görə, qaydalar hazırda ölkənin maliyyə sektorunun təmsilçiləri və müstəqil ekspertlərlə müzakirə olunur.
Yeni qaydalar saxta və həqiqi pulun fərqi, əsginasının yararlı olub-olmaması kimi məsələləri əhatə edir. Həmçinin yeni qaydalarda hansı həddə qədər yararsız olan pulların dəyişdirilməsi yaxud əvəzinin ödənilməsi məsələsi öz əksini tapacaq.