Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti not hərracını keçirib.
FED.az xəbər verir ki, hərracda ilk dəfə 84 və 168 günlük notlar yerləşdirilib.
Onların illik gəlirliliyi müvafiq olaraq 6,03% və 6,06% təşkil edib.
Bununla belə, qurum bu gün 28 günlük notların yerləşdirilməsini də davam etdirib. Onların illik gəlirliliyi isə əvvəlki hərracda olduğu kimi 6,26% olub.
Hazırda AMB-nin dövriyyədə 670 milyon manatlıq notu var. Bu, 2 gün əvvəllə müqayisədə 30 milyon manat azdır.
Report