Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin uçot dərəcəsinin səviyyəsi haqqında növbəti iclası 1 avqust 2017-ci il tarixində keçiriləcəkdir.
FED.az xəbər verir ki, sabah Mərkəzi Bankın faiz qərarını açıqlayacağı gözlənilir.
21 iyun 2017-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin iclası keçirilmişdi. İclasda 22 iyun 2017-ci il tarixindən uçot dərəcəsi və likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddinin dəyişməz saxlanılması, faiz dəhlizinin aşağı həddinin isə 12%-dən 10%-ə endirilməsi ilə bağlı qərar qəbul edilmişdi.