Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, bu gün keçirilmiş hərracda tələb 180,10 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 13,34% təşkil edib.
Bununla da depozit hərracında tələb təklifdən 1,11 dəfə az olub.
Qeyd edək ki, bugünkü depozit hərracında 200 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.
Azərbaycan Mərkəzi Bankı banklardan pul yığa bilmədi
12:02
18 Dek 2017