Bu ilin I rübündə Gürcüstandan 86,573 milyon ABŞ dolları dəyərində minik avtomobili təkrar ixrac olunub.
FED.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.
Eləcə də bax: Azərbaycanın Gürcüstandan avtomobil idxalı - 10% Azalıb
Hesabat dövründə avtomobillər Gürcüstanın ikinci əsas ixrac məhsulu olub. İllik müqayisədə ixracın həcmi 35,1% azalıb.
Yanvar-martda Azərbaycan qonşu ölkədən avtomobil idxal edən ölkələrin ilk beşliyində I yeri tutub. Gürcüstandan alınan nəqliyyat vasitələrinin sayı 7 193 ədəd, ümumi dəyəri isə 47,823 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrünə nisbətdə say 790 ədəd və yaxud 9,9% azalıb.
İlk beşlikdə Azərbaycandan sonra Ukrayna (20,222 milyon dollar), Rusiya (3,542 milyon dollar), Belçika (2,514 milyon dollar) və BƏƏ (1,971 milyon dollar) yer alıb. (Report)