Azərbaycanda faiz xərcləri ən çox artan bankların adları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bankların faiz xərclərinin dinamikası üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ən yüksək artım faiz ifadəsi ilə "Yapı Kredi Bank Azərbaycan"da 2,7 dəfə, olmaqla qeydə alınıb. Məbləğ ifadəsi ilə bankın faiz xərcləri 2,9 milyon manat həcmində artıb.
"Yapı Kredi Bank Azərbaycan"dan sonra artıma görə ikinci yerdə 2,2 dəfə və ya 17,5 milyon manat göstərici ilə "Azər Türk Bank" gəlir.
Faiz xərclərində 2 dəfə və ya 80,7 milyon manat artım baş verən "Kapital Bank" üçüncüdür.
"Paşa Bank"-ın faiz xərcləri illik müqayisə ilə 92,9% və ya 40,9 milyon manat dəyərində artıb.
"Azərbaycan Beynəlxalq Bankı"-nın faiz xərclərində təxminən 72,6% və ya 69,7 milyon manat artım baş verib.
Hesabat rübündə yalnız "Bank Avrasiya"nın (843 min manat və ya 33,2%) və "Bank Melli İran" Bakı filialının (3 min manat və ya 1%) faiz xərclərində azalma baş verib.