Bu ilin yanvar-may aylarında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd dollar kütləsinin həcmi 945 975,8 min dollar təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 24,4% azdır.
Azərbaycanda Mərkəzi Bankından (AMB) "FED.az"-a verilən məlumata görə, eyni zamanda banklar tərəfindən əhalidən alınan nağd dolların məbləği son bir ildə 10,4% azalaraq 795 993,3 min dollara bərabər olub.
Beləliklə, Azərbaycanda əhalinin nağd dolların satışı alışdan 18,8% çoxdur.
Cari ilin əvvəli ilə müqayisədə isə may ayında dolların alışı 4,3% artaraq 170 757,3 min dollar, satışı isə 42,1% azalaraq 173 384,0 min dollar olub.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında dolların orta məzənnəsi 1,6997 manat olub.