“Təcrübə Proqramı”na dair “Əməkdaşlıq Memorandumu”nu “AFB Bank”ASC–nin İnzibati İdarəetmə strukturunun rəhbəri Hafiz İbrahimov və “Azərbaycan Dövlət İqtisad Universiteti”nin Rəqəmsallaşma üzrə prorektoru Raqif Qasımov imzalayıb.
"AFB Bank" xidmətləri "eManat" terminallarında!
Proqramın təşkil edilməsində əsas məqsəd tələbələrin real iş mühitində bacarıqlarının təkmilləşdirilməsinə və onların peşəkar bank işçisi kimi yetişməsinə dəstək olmaqdır. Memoranduma əsasən “Təcrübə Proqramı”nda universitetin son kurs bakalavr və magistr tələbələri iştirak edə biləcəklər.
“Təcrübə Proqramı”nın uğurlu və daha effektiv olması üçün keyfiyyətli təhsili təmin etməyi bacarmış, savadlı və inkişafa meyilli gənclər yetişdirə bilən ali təhsil ocaqları Bankımız üçün hər zaman prioritet təşkil edir.
Bu məqsədlə “AFB Bank” yüksək peşəkarlığına, təhsil səviyyəsinə güvəndiyi və yüksək qiymətləndirdiyi “Azərbaycan Dövlət İqtisad Universiteti” ilə əməkdaşlıq etmək qərarına gəlmişdir.
Qeyd edək ki, “AFB Bank” daha öncə də bir sıra ali məktəblərlə “Təcrübə proqramı”na dair əməkdaşlıq memorandumu imzalamışdır.
Bank ixtisaslı kadr hazırlığını təmin etmək və ikitərəfli münasibətləri möhkəmləndirmək məqsədilə gələcəkdə digər ali təhsil ocaqları ilə də əməkdaşlıq münasibətləri qurmağı planlaşdırır.