30 iyun 2025-ci il tarixinə Azərbaycan Beynəlxalq Bankının (ABB) cəmi aktivləri 14 milyard 47 milyon 23 min manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu, 2024-cü ilin sonu ilə müqayisədə 418 milyon 73 min manat və ya 3,1% artım deməkdir.
Bankın aktivlərinin ən böyük hissəsini – 6 milyard 93 milyon 496 min manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. İlin əvvəlindən bankın xalis kredit portfeli 229 milyon 434 min manat və ya 3,9% artıb.
Hesabat dövründə ən kəskin artım bankın digər maliyyə institutlarındakı depozitlərində qeydə alınıb. Bu göstərici 400 milyon 294 min manat və ya 2 dəfədən çox artaraq 793 milyon 469 min manata yüksəlib.
Bankın nağd pul vəsaitləri və ekvivalentləri 18 milyon 595 min manat (0,6%) artaraq 3 milyard 181 milyon manata çatıb. Digər aktivlər isə 23 milyon 932 min manat (5,5%) artaraq 459 milyon 871 min manata yüksəlib. Bunun əksinə olaraq, ticarət və investisiya qiymətli kağızları portfeli 247 milyon 937 min manat (7,0%) azalaraq 3 milyard 286 milyon manata enib.
Xatırladaq ki, 31 dekabr 2024-cü il tarixində bankın cəmi aktivləri 13 milyard 628 milyon 949 min manat, xalis kredit portfeli isə 5 milyard 864 milyon 62 min manat təşkil etmişdi.