Prokurorluq orqanları işçilərinə bank xidmətləri göstərən Azərbaycan Beynəlxalq Bankı 1 oktyabr “Prokurorluq işçilərinin peşə bayramı günü”nə özünəməxsus şəkildə hazırlaşıb. Bankın bu münasibətlə elan etdiyi özəl kampaniya çərçivəsində, Azərbaycan Beynəlxalq Bankının əməkhaqqı kartına sahib hər bir prokurorluq işçisi nağd pul kreditini güzəştli şərtlərlə ala bilər.
Kampaniyanın özəllikləri:
• Kreditin məbləği - 15.000 manatadək
• Kreditin müddəti - 36 ayadək
• İllik faiz dərəcəsi - 2% endirimlə / 25%-dən başlayaraq
• Kredit 3000 manata qədər olduqda - zaminsiz
• Kreditin rəsmiləşdirilməsi KOMİSSİYASIZ
Kampaniya 29 sentyabr tarixindən 6 oktyabr tarixinə qədər keçərlidir.
Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Kredit rəsmiləşdirilən zaman müştəri Avtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.
Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Azərbaycan Beynəlxalq Bankından prokurorluq işçiləri üçün özəl kampaniya!
12:43
29 Sen 2017