Azərbaycan Beynəlxalq Bankı “Hər kəsə YAY” şüarı altında yeni kampaniyalara start verir. İlk kampaniya yay mövsümündə səyahətə hazırlaşan müştərilər üçün özəl olaraq keçirilir.
14 iyul tarixinədək davam edəcək kampaniya çərçivəsində VISA/MasterCard Gold, VISA/MasterCard Platinum kartlarını bankın www.ibar.az - internet səhifəsindən onlayn sifariş edən müştərilər 14 günlük səyahət sığortası paketini pulsuz əldə edə biləcəklər. Bunun üçün müştərinin sığorta şirkətinə getməsinə ehtiyac yoxdur. Sığortanın rəsmiləşdirilməsi bank tərəfindən təmin olunacaq. Hər müştəri bu imkandan yalnız bir dəfə faydalana bilər.
Müştərilər onlayn kart sifarişini bu linkdən həyata keçirə bilərlər:
https://www.ibar.az/az/individual/cards/#status-cards
Azərbaycan Beynəlxalq Bankının digər məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin https://www.facebook.com/internationalbankofazerbaijan/ rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Azərbaycan Beynəlxalq Bankından plastik kart alan müştərilərə səyahət sığortası hədiyyə!
15:14
12 İyun 2017