"Nargis Fund" və "Amapola Exclusive Events" şirkətinin təşkil etdiyi "Soyuq əllər, isti ürək" Yeni il Xeyriyyə Yarmarkasında sponsor qismində iştirak edən Azərbaycan Beynəlxalq Bankı bu layihə çərçivəsində öz müştərilərinə müəyyən güzəştlər hazırlayıb.
Bankdan Fed.az-a verilən məlumata görə, fevralın 15-ə qədər müştərilər Bankın bəzi pərakəndə məhsullarını güzəştli şərtlərlə əldə edə bilərlər. Müştərilər “ABB-24” filialı və “ƏLA” elektron şöbəsinin xidmətindən istifadə zamanı onlara verilən hədiyyəlik kuponları sonradan həmin filial və şöbəyə təqdim etdikdə “ƏLA köçürmə” məhsulu üzrə onlardan komisyon haqq tutulmayacaq. Eyni zamanda, bu kuponlarla “ABB 24” filialında VISA və Master Cardın Gold, Platinum, VİSA-nın Classic, Master Cardın Standard, eləcə də AMEX-in Green və Gold kartlarını 50 % endirimlə əldə etmək olar. Hər hədiyyə kuponunu müştəri yalnız bir dəfə istifadə edə bilər.
36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.