Azərbaycan Beynəlxalq Bankında depozit yerləşdirməyin indi daha bir üstünlüyü də var. Banka depozit yerləşdirən hər bir müştəriyə faizlərin alınması üçün bank tərəfindən VISA Classic, yaxud MasterCard Standard ödəniş kartı hədiyyə edilir.
Bankdan FED.az-a verilən məlumata görə, bu kartlarla online alış-veriş etmək, respublika ərazisində və xarici ölkələrdə müxtəlif ödənişlər aparmaq, eləcə də bir çox elektron bank xidmətlərindən faydalanmaq olar. Üstəlik, bu kartlarla faiz gəlirlərini nağdlaşdıran zaman müştəridən heç bir komisyon haqq tutulmur.
Bank müştəriyə depozitinin müəyyən həcmində kredit əldə etmək imkanı da yaradır və bu məqsədlə əlavə olaraq VISA Gold, MasterCard Gold, VISA Platinum, MasterCard Platinum, American Express Green, VISA PrimeCard Gold, VISA PrimeCard Platinum, American Express Gold, VISA İnfinite, MasterCard WorldElite, American Express Platinum kartlarından hər hansı biri hədiyyə verilir.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı manat depozitlərinin illik faizini 13%-ə qədər, ABŞ dolları ilə olan depozitlərin faizini 3,25%-ə qədər artırıb. Depozitlər Bankın bütün filiallarında qəbul olunur. Ətraflı: https://www.ibar.az/az/individual/deposits/classic-deposit/
36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının səhmlərinin əsas hissəsi Azərbaycan dövlətinə məxsusdur. Bank hazırda aktivlərinin həcminə, müştəri bazasına, eləcə də beynəlxalq əməliyyatlar portfelinə görə Cənubi Qafqaz regionunun ən böyük bankı sayılır. Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.
Azərbaycan Beynəlxalq Bankından əmanətçilərə hədiyyə
11:06
3 Mart 2017