"Azərbaycan Beynəlxalq Bankı" ASC-də Marka İdarəetmə şöbəsinə yeni müdir təyin edilib.
FED.az xəbər verir ki, şöbəyə rəhbərlik Rəşad Həsənə həvalə edilib.
"Ölkənin ən iri və sürətlə inkişaf edən Bankının bir üzvü olmağımdan məmnunluq hissi keçirirəm", - Rəşad Həsən təyinatı ilə əlaqədar bildirib.
Qeyd edək ki, Rəşad Həsən Kapital Bank, Yelo Bank, Rabitəbankda kredit və marketinq üzrə vəzifələrdə çalışıb (Marja).